Sərnişin avtobusu aşıb, 17 nəfər ölüb, 48 nəfər xəsarət alıb

Zambiyada sərnişin avtobusunun aşması nəticəsində 17 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Xarici KİV-nin məlumatına görə, paytaxt Lusaka şəhərindən ölkənin şərq bölgəsi istiqamətində hərəkət edən avtobus aşıb. İlkin versiyaya əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 3 yeniyetmə, 6 kişi və 8 qadın həyatını itirib. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top