Ermənipərəst hərbi ekspert:​"İran-Rusiya-Ermənistan üçbucağı yaradılmalıdır"

MDB Ölkələri İnstitutunun direktor müavini, ermənipərəst hərbi ekspert Vladimir Yevseyev İranda keçirilən prezident seçkilərində Ruhaninin yenidən qələbə çalmasının Ermənistan üçün olduqca əhəmiyyətli fakt olduğunu söyləyib.”Yeniavaz.com”un 1in.am-a istinadən verdiyi məlumata görə, Yevseyev Ruhaninin prezidentliyi dövründə Yerevanla Tehran arasında əməkdaşlığın bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdirildiyini xatırladıb: "Ruhaninin dövründə Rusiya ilə dialoq başladı və bu, strateji müttəfiqliyə aparır. Bu, eyni zamanda Ermənistanla İran arasında əmakdaşlığın inkişaf etdirilməsində yeni mərhələnin başlamasına gətirib çıxardı. Belə hesab edirəm ki, ABŞ-ın Səudiyyə Ərəbistanı və İsraillə İran əleyhinə birləşməsi Ermənistanla-İran arasında əməkdaşlığın daha da genşləndirilməsinə təkan verəcək. Bu həm də iki ölkə arasında yalnız iqtisadi, siyasi deyil, həm də hərbi əməkdaşlığın genişləndirilməsi demək olacaq. Ermənistan müdafiə nazirinin İrana son səfəri zamanı da hərbi əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdirilməsi barədə razılıq edilib. Belə hesab edirəm ki, ABŞ-ın İranı hədəfə almasından bacarıqla istifadə edilməlidir. Bu müstəvidə də İran-Rusiya-Ermənistan üçbucağı yaradılmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top