Ermənistan xərçəngdən ölənlərin sayına görə dünyada ikinci yerdədir

Ermənistanda hər il xərçəng xəstəliyindən ölənlərin sayı artır. "Yeniavaz.com"un news.am-a istinadən verdiyi məlumata görə, bu barədə Los-Angelesdəki Kaliforniya Universitetinin professoru Şant Şexerdimyan Yerevanda keçirilən "Ermənistan 25 ildən sonra: bəs indi nə?” adlı beynəlxalq konfransdakı çıxışında deyib. Onun sözlərinə görə, Ermənistan xərçəng xəstəliyindən ölənlərin sayına görə, dünyada Zimbabvedən sonra ikinci yerdədir: "Ermənistanda xərçəng xəstələrinin və onlardan ölənlərin sayının artması daha çox havanın çirklənməsi və maliyyə problemləri ilə bağlıdır. Ermənistana hərtərəfli kömək etmək və bu xəstəliyin qismən də müalicə olunmasına imkan verən tibbi avadanlıqların alınması lazımdır. Amma Ermənistanda bu çatışmır. Yəni bu avadanlıqların alınması üçün böyük həcmdə maliyyə lazımdır. Maliyyənin çatışmazlığı isə Ermənistanda hamıya məlumdur. Nəticədə xərçəngdən ölənlərin sayı artmaqda davam edir".

DİGƏR XƏBƏRLƏR

Top