Türkiyədə 147 KİV bağlanıb

Türkiyə hakimiyyəti 2016-cı il iyulun 15-16-da dövlət çevrilişinə uğursuz cəhddən sonra 147 kütləvi informasiya vasitəsini (KİV) lisenziyadan məhrum edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Dövlət İstiqrazlar və Əmanətlər Fondunun rüblük hesabatında deyilir. Dövlət tənzimləyicisinin məlumatına əsasən, ölkə hakimiyyəti 2017-ci il martın sonuna yüzlərlə şirkəti nəzarətinə götürüb: “Ya yeni rəhbərlik təyin edilib, ya da onlar tamamilə ləğv edilib. Söhbət ümumi kapitallaşması 11,3 milyard dollar olan 879 firmadan gedir. Həmin firmalarda təqribən 45 min nəfər işləyib. İşini tam dayandıran şirkətlərdən 147-si KİV olub”.

DİGƏR XƏBƏRLƏR

Top