Rusiya-Türkiyə arasında “məhsul” müharibəsi davam edir

Türkiyəli ixracatçılar Rusiyadan kənd təsərrüfatı məhsullarının bütün növlərinin idxalını 20-25 faiz səviyyəsində məhdudlaşdırmaq qərarına gəliblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İstanbul İxracatçılar Birliyinin (İİB) İdarə Şurasının üzvü Zəkəriya Mete deyib. Onun sözlərinə görə, məhdudiyyət qərarını Türkiyə İqtisadiyyat Nazirliyi deyil, İİB verib. Z. Mete qeyd edib ki, Türkiyə kvotanın köməkliyi ilə özünü qorumaq istəyir: “İstəyirik ki, hər hansı ölkə ilə problemlərimiz yarananda hər şeydən məhrum olmamaq üçün bu addımı atırıq. Vəziyyətin dəyişməsindən asılı olaraq qərar dəyişə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top