Bildiyimiz bilmədiyimiz həqiqətlər...

- Finlandiya millisinin unudulmaz oyunçularından olan Pentti 1986-cı ildə öz qapısına 5 qol vurub. Oyundan sonra komanda yoldaşları tərəfindən Penttiyə kompas hədiyyə edilib.

- Maskerano Argentina milli komandasının formasını ilk dəfə geydiyi 16 iyul 2003-cü il tarixinədək professional səviyyədə heç bir klubda forma geyinməyib.

- Zədəsi səbəbindən ən uzun müddət oynamayan ən bahalı futbolçu "Milan"a "Real" Madriddən 11 milyon pounda (17 milyon manat) transfer olan Fernando Redondodur. İlk oyunun 3-cü dəqiqəsində zədələnən Redondo təxminən 2,5 il sahələrdən uzaq qalıb. Daha sonra Redondo 2,74 milyon pound, ev və avtomobilini "Milan"a geri vermək istəsə də klub bu təklifi qəbul etməyib.

- Kolumbiya millisi ilə oyunda rəqibin qapısına təyin edilən 3 penaltinin heç birini qola çevirə bilməyən Argentina millisinin oyunçusu Martin Palermo beynəlxalq oyunlarda ən çox penalti qaçıran futbolçu olub.

- Patrik Evranın 23, Aleks Sonqun isə 27 bacı-qardaşı var.

- Mario Balotelli İngiltərədə yaşadığı illərdə avtomobilini yol kənarında düzgün saxlamadığı üçün ümumilikdə 10 min pound (16 min manat) cərimə olunub.

- "Çelsi"nin 22 yaşındakı futbolçusu Romelu Lukaku ingilis, fransız, ispan və portuqal dillərində sərbəst şəkildə danışa bilir.

- AVRO-2008-in seçmə mərhələsində Almaniya San-Marinonu səfərdə 13-0 hesabı ilə məğlub edib. Bu hesab, Avropa Çempionatı seçmələrində alınan ən fərqli nəticə kimi tarixə düşüb.

- Stadionda ən çox tamaşaçı tərəfindən izlənilən oyun 1950-ci ildə keçirilən Dünya Çempionatının final oyunu olub. Braziliyanın "Marakana" stadionunda baş tuatan Braziliya-Uruqvay komandalarının oyununu 199 min 854 tamaşaçı izləyib.

- Ronaldinyo professional futbola başlamazdan əvvəl oynadığı bir oyunda rəqib komandanın qapısından bir oyunda 23 qol keçirib və həmin oyun 23-0 hesabı ilə başa çatıb.

- Rusiyanın ən tanınmış futbolçularından olan Andrey Arşavin eyni zamanda moda ilə maraqlanır. Arşavin indiyə qədər moda ilə bağlı 3 kitab yazıb.

yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top