Qaz kəmərini partlatmaq istəyənlərə hökm oxunub

Rusiya-Ermənistan qaz kəmərini partlatmaq istəyən 4 nəfər və bu işdə dolayısı ilə iştirak edən daha 3 müxtəlif müdətlərə həbs cəzasına məhkum ediliblər. "Yeniavaz.com"un Vestikavkaza.ru-ya istinadən verdiy, məlumata görə, qaz kəmərini partlatmaqda günahkar bilinən 7 nəfər indi 2 ildən 14 ilədək məhkumluq həyatı yaşamalı olacaqlar. Bununla bağlı Gürcüstan Baş prokurorluğunun saytında yayılan məlumata görə, ölkənin təhlükəsizlik xidməti əməkdaşları ötən ilin avqustunda Araqvi çayı boyunca (Saquramo kəndi yaxınlığında) keçən Rusiya-Ermənistan qaz kəmərini partlatmaq istəyiblər: "İstintaqın gedişində məlum olub ki,qaz kəmərini partlatmaq istəyənlər dostlarının yardımı ilə partlayıcı maddələri və odlu silahı terror aktı planlaşdırdıqları yerə gətiriblər. 2016-cı ildə terror aktını həyata keçirməyə gedərkən onlar Duşeti rayonunun Şarqali kəndi yaxınlığında partladıcı maddələr və odlu silahla birgə həbs ediliblər. 4 nəfər terror aktını keçirməyə hazırlaşandan əlavə bu barədə məlumatı olan, ancaq bunun qarşısını almayan polis əməkdaşı, həmçinin baş verənlərdən xəbəri olan, ancaq bu barədə polisə xəbər verməyən yerli sakin, həmçinin terrorçuları hadisə yerinə aparan maşının sürücüsü həbs cəzasına məhkum edilib".

DİGƏR XƏBƏRLƏR

Top