Messi 21 ay müddətinə azadlıqdan məhrum edildi

İspaniya Ali Məhkəməsi “Barselona” və Argentina yığmasının futbolçusu Lionel Messiyə qarşı hökmü qüvvədə saxlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, forvard 2016-cı ilin iyul ayında Barselona şəhər məhəkəməsi tərəfindən vergidən yayınmaya görə 21 ay həbs müddətinə məhkum edilmişdi. L. Messi iyulda 2007, 2008 və 2009-cu illərdə imic haqlarının satışı üzrə əldə edilmiş gəlirlər üzrə 4,1 milyon avro məbləğində vergidən yayınmaqla bağlı üç epizodda ittiham edilib. Bununla belə, futbolçusunun atası Xorxenin həbs müddəti isə 15 ayadak azaldılmışdı O, fırıldaqçılıq sxeminin əlaqələndiricisi qismində 21 ay həbs cəzası almışdı. L. Messi əlavə olaraq 2 milyon avro, atası isə təqribən 1,5 milyon avro cərimələnmişdi. Sonradan məlum olmuşdu ki, argentinalı hücumçu məhkəmənin qərarı ilə bağlı apellyasiya şikayəti verib. İspaniya hüquq ənənələrinə əsasən, qeyri-zorakı cinayətlərə görə 2 ildən az müddətə mühakimə olunanlar həbsə atılmır. Bununla da məhkəmənin qərarı L. Messi və onun atası üçün şərti xarakter daşıyacaq.

DİGƏR XƏBƏRLƏR

Top