“Fənərbağça”lı futbolçu polis tərəfindən saxlanıldı

“Fənərbağça” futbol klubunun oyunçusu Ozan Tufan polis tərəfindən saxlanılıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, futbolçu avtomobil qaçaqmalçılığında şübhəli bilinir. Ümumilkdə bu gün səhər saatlarında İstanbulda 100 nəfər avtomobil və siqaret qaçaqmalçılığı üzrə aparılan təhqiqat çərçivəsində saxlanılıb. Onların arasında O. Tufan da var. Futbolçunun avtomobil qaçaqmalçılığı ilə məşğul olan cinayətkar dəstədən lüks avtomobil aldığı iddia edilir. Təhqiqat çərçivəsində xeyli sayda lüks avtomobil müsadirə edilib. Xatırladaq ki. 2017-ci ilin martında O. Tufan yeni aldığı 750 min türk lirəsi dəyərdində olan “Maserati” avtomobili ilə gündəmə gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top