Bakıda ikinci əl avtomobillər kəskin ucuzlaşıb - QİYMƏTLƏR

Bakıda ikinci əl avtomobillər ucuzlaşmağa başlayıb. May ayının əvvəlindən etibarən hər həftə avtomobillərin qiymətləri düşməkdə davam edib. Ümumilikdə isə son bir ayda ikinci əl avtomobillər 10-15% ucuzlaşıb. Əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov bildirib ki, ikinci əl avtomobil bazarında bütün markalar üzrə qiymətlərdə enmə var. Azərbaycan bazarında öz məşhurluğu ilə seçilən köhnə “Mercedes C Class” və “Mercedes E Class”lar 3 000-3 500 manat ucuzlaşıb. Məsələn, aprel ayında qiyməti 10 min manata kimi qalxan 1998-2000-ci model “Mercedes C Class” indi 7 000-6 500 manata kimi ucuzlaşıb.

Eyni qiymət fərqi “Opel” modellərində də müşahidə edilir. Aprel ayında qiyməti 8 min manata kimi artan 1998-2000-ci il model sedan və furqon “Opel Astra” və “Opel Vectra” modelləri 8 000 manatdan 5 000-5 500 manata kimi ucuzlaşıb.

V. Hüseynovun sözlərinə görə, “Lada” avtomobilləri arasında yalnız “Niva”ların qiymətləri stabil olaraq qalıb. Digər modellərdə isə ucuzlaşma olub. Məsələn, əvvəl 11-12 min manata satılan 2012-2013-cü il model “Lada Priora” indi 8 min manata təklif edilir. Digər modellər isə 1 500- 3 000 manat ucuzlaşıb. Məsələn, 5 000 manata satılan “Vaz 2107” indi 3 000-3 500 manata təklif edilir.

Azərbaycan ikinci əl avtomobil bazarında özünə yer tapmağı bacaran Cənubi Koreya markalarında da qiymətlər aşağı düşüb. V. Hüseynovun sözlərinə görə, əsasən taksi kimi istifadə edilən “Kia Rio”ların qiymətləri bazar üzrə stabil qalıb.

Digər modellər isə 2 500-3 000 manat arasında ucuzlaşıb. Məsələn, bir ay əvvəl 18-19 min manata satılan “KİA Cerato”nun qiyməti indi 15 500-16 000 manata düşüb. 25-26 min manatlıq “KİA Sportage”i isə indi 22-23 min manata almaq olar.

Eyni ucuzlaşma “Hyundai” modelllərində də hiss olunur. Məsələn, əvvəl 24-25 min manata təklif edilən 2011-2013-cü il model “Hyundai ix35”lər indi 21 500-22 000 manata düşüb.

Ucuzlaşma 2007-2009-cu il model “Toyota Prado”lardan da yan keçməyib. Məşhur 2.7 l mühərrikli “Prado”nu bir ay əvvəllə müqayisədə 4 min manat ucuz almaq mümkündür. Yəni, əvvəl 30 min manata satılan offroader indi 26 min manata təklif edilir. fins.az

N

Marka/Model

İstehsal ili

Aprel

May

1

Mercedes C Class

1998-2000

10 000

6 500-7 000

2

Opel

1998-2000

8000

5 000-5 500

3

Lada Priora

2012-2013

11 000- 12 000

8 000

4

Vaz 2107

2007

5000

3 000-3 500

5

Kia Cerato

2011-2013

18 000-19 000

15 500-16 000

6

Kia Sportage

2011-2013

25 000-26 000

22 000-23 000

7

Hyundai ix35

2011-2013

24 000-25 000

21 500-22 000

8

Toyota Prado

2007-2009

30 000

26 000

DİGƏR XƏBƏRLƏR

Top