Rusiyanın ən məşhur istirahət mərkəzləri məlum oldu – SİYAHI

Soçidə yerləşən Roza-Xutor istirahət mərkəzi 2017-ci ilin yayı üçün ən məşhur istirahət kompleksi seçilib. TurStat analitik agentliyinin araşdırmalarından sonra belə qənaətə gəliblər. Məşhurluğuna görə, siyahının ikinci pilləsində Qaraçay-Çərkəz vilayətində yerləşən Arxız istirahət mərkəzi yer alıb. Üçlüyü isə Altay əyalətindəki Belokurixa istirahət mərkəzi tamamlayıb.

Həmçinin, ilk onluğa Soçidə yerləşən Qorki, İnquşetiyada yerləşən Armxi, Kemerovskaya əyalətində Şereqeş, Moskvada yerləşən Soroçanı, Leninqrad vilayətində İqora, Tatarıstanda Sviyaj təpələri və Murmanskdakı BiqVud-un adları daxil olub.

Agentlik bildirir ki, Rusiyada yay istirahətinə üstünlük verənlərin sayı durmadan artır.

Araşdırmalara görə, orta hesabla Rusiya istirahət mərkəzlərində yayda turistlər 3 min rubl ( 53 dollar) xərcləyirlər. fins.az

DİGƏR XƏBƏRLƏR

Top