Neftçala rayonunda baş verən yanğın Şirvan Milli Parkının ərazisinə keçib

Şirvan Milli Parkının Neftçala rayonunun Müşfiqabad qəsəbəsi ilə sərhədində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, ərazidə əsən güclü külək nəticəsində yanğın qısa müddət ərzində Şirvan Milli Parkının ərazisinə keçib.
Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub və qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb. Yanğın nəticəsində Milli Parkın təxminən 3 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib. Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top