Brent markalı neft ucuzlaşır

Dünya birjalarında neftin qiyməti müxtəlif dinamika nümayiş etdirir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar və ya 0,79% artaraq 50,73 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,22 dollar və ya 0,41% azalaraq 53,65 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top