"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

İtaliyanın "Yuventus" klubu "Çelsi"nin kolumbiyalı yarımmüdafiəçisi Xuan Quadradonu transfer edib. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Futbolçu bunadək komandada icarə əsasında çıxış edib. Xuan Quadrado İngiltərə klubundan 20 milyon avroya transfer olunub. Quadrado "Yuventus"la 30 iyun 2020-ci ilədək müqavilə imzalayıb. Futbolçu cari mövsümdə İtaliya A Seriyasında keçirdiyi 29 oyuna 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top