Beyninə qan sızan meyxanaçı Kərimdən YENİ XƏBƏR

İnsultdan əziyyət çəkən tanınmış meyxanaçı Ağakərim müalicəsini evdə davam etdirir.

Meyxanaçı Ağamirzə (Məmmədov) açıqlamasında həmkarının, eyni zamanda yaxın dostunun səhhətində azacıq irəliləyiş olduğunu söyləyib. Əlavə edib ki, ev şəraitində müalicə olunan meyxanaçının səhhəti normallaşmağa doğru gedir:

"Allaha şükür, babatdır. Yavaş-yavaş yaxşılaşır. Müalicəsi ev şəraitində davam edir. Həkimlər deyir ki, zamanla yaxşılaşacaq".

Ağamirzə meyxanaçı Ağakərimin anasının vəfatından xəbərdar olduğunu da deyib:

"Ağakərimin anasının 40 mərasimini mayın 17-də idi. Ona anasının ölüm xəbərini yaxınları deyəndə, vəziyyəti pisləşdi.
Qəbrini ziyarətə getmək istəyirdi, güclə saxladıq, qoymadıq".big.az

DİGƏR XƏBƏRLƏR

Top