3 ayda əhali 1,24 milyard kub metr təbii qaz istehlak edilib

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 6 milyard 762,3 milyon kub metr təşkil edib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, ehtiyatların 69,8 faizi hasilatın, 25,4 faizi qalığın, 4,8 faizi isə idxalın hesabına formalaşıb. Təbii qazın 47 faizi istehlak, 34,9 faizi ixrac olunan, 6,4 faizi itkiyə gedən, 11,7 faizi isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilən təbii qazın 59,7 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,3 faizi isə əhaliyə satılıb. 2017-ci ilin yanvar-mart aylarında 2 milyard 357,2 milyon kub metr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 1 milyard 278,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox təbii qaz istehlak edilib, onun 33,4 faizi Bakı şəhərinin, 4,4 faizi Naxçıvan Muxtar Respublikasının, 17,7 faizi Aran, 13,2 faizi Gəncə-Qazax, 9 faizi Abşeron, 6,7 faizi Lənkəran, 5,3 faizi Şəki-Zaqatala, 5,2 faizi Quba-Xaçmaz, 2,8 faizi Dağlıq Şirvan, 2,3 faizi isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb.

DİGƏR XƏBƏRLƏR

Top