Ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının nəticələrini açıqlayıb. Budəfəki uduşda 224 Azərbaycan vətəndaşı “Greencard” sahibi olub. 2018-ci ildən etibarən Amerikada yaşamağa şans qazananlar arasından 91-i qadın, 133-ü kişidir. Əldə etdiyimiz məlumata görə, həmin siyahıda şou-biznesin tanınmış simaları da yer alıb. Onlar arasında keçmiş “Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var. İki məşhurun adları Azərbaycandan "Greencard” udanların tam siyahısınında yer alıb.Qafqazinfo.az