İngiltərə çempionatının ən yaxşı futbolçusu seçildi

“Çelsi”nin yarımmüdafiəçisi N'Qolo Kante İngiltərə Premyer Liqasında 2016-2017-ci il mövsümünün ən yaxşı oyunçusu mükafatına layiq görülüb. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı fransız futbolçu ekspertlər, klub rəhbərləri və azarkeşlər arasında keçirilmiş sorğu nəticəsində səslərin çoxunu qazanıb. Kante bu mövsüm İngiltərə çempionu olun, ötən il isə bu titulu “Lester” ilə qazanıb. Ən yaxşı oyunçu adına, həmçinin Eden Azar, Sesar Aspilikueta (hər ikisi “Çelsi”), Harri Keyn, Dele Alli, Yan Vertongen (hamısı “Tottenhem”), Romelu Lukaku (“Everton”) və Aleksis Sançes (“Arsenal”) namizəd olublar.

DİGƏR XƏBƏRLƏR

Top