Azərbaycan İslamiadada 65-ci qızılı qazandı

Mayın 20-də İslam Oyunlarının sərbəst güləş yarışlarının sonuncu günündə Azərbaycanın üç pəhləvanı qızıl, bir idmançımız isə bürünc medal uğrunda mübarizə aparır. Sərbəst güləş yarışlarının sonuncu günündə atletlər dörd çəki dərəcəsində xalça üzərinə çıxıblar. Qızıl medal uğrunda yarışan güləşçimiz Hacı Əliyev (61 kq) İslamiadanın qalibi olub. O, qırğızıstanlı Alibek Osmonovu məğlub edib. Bu, Azərbaycanın İslamiadada qazandığı 65-ci qızıl medalıdır.

Qeyd edək ki, güləşçilərimiz Murtuzəli Müslümov (70 kq) və Cəmaləddin Maqomedov (125 kq) da qızıl uğrunda mübarizə aparır. Şərif Şərifov (86 kq) isə üçüncü yer uğrunda gücünü sınayır.

DİGƏR XƏBƏRLƏR

Top