“Çelsi” futbolçusundan Abramoviçə hədiyyə

“Çelsi”nin müdafiəçisi David Lusi klubun İngiltərə çempionatında qalib olmasının şərəfinə komanda yoldaşlarına, eləcə da baş məşqçi Antonio Konteyə və klubun sahibi Roman Abramoviçə hədiyyələr təqdim edib. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, braziliyalı müdafiəçi bu məqsədlə avtomobilin məsafədən idarə edilməsi üçün 30 qacet bilərzik sifariş verib. Hər belə hədiyyənin qiyməti azı 38 min funt-sterlinqdir. R. Abramoviç üçün isə xüsusi bilərzik sifariş edilib. Həmin bilərzik qismən olaraq 4,9 milyard yaşı olan meteorit qalıqlarından düzəldilib. Xatırladaq ki, “Çelsi” mayın 12-də 2016/2017-ci il mövsümündə İngiltərə çempionu titulunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top