Son 10 ildə Azərbaycanda təbii qaz hasilatı - CƏDVƏL

Bu ilin aprel ayında Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 494,8 milyon kubmetr təbii qaz hasil olunub. "Yeniavaz.com" SOCAR-dan açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin aprel ayı ilə müqayisədə təbii qazın hasilatı 24,4 milyon kubmetr və ya 4,6% azalıb. Ötən ay Azərbaycanda ümumilikdə isə 2 milyard 366,2 milyon kubmetr təbii qaz hasil edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 108,7 milyon kubmetr və ya 4,4% az olub. Bu ilin yanvar-aprel aylarında SOCAR üzrə təbii qaz hasilatı 1 milyard 957,5 milyon kubmetr, Azərbaycanda isə ümumilikdə 9 milyard 262,2 milyon kubmetr təşkil edib.

Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycanda 29 milyard 367,1 milyon kubmetr, SOCAR üzrə isə 6 milyard 266,7 milyon kubmetr təbii qaz hasil olunub.

Son 10 ildə SOCAR və Azərbaycan üzrə hasil olunan təbii qazın göstəriciləri belə olub:

DİGƏR XƏBƏRLƏR

Top