Rio Olimpiadasında qazanılmış 130 medal geri qaytarılıb

2016-ci ildə Rio-de-Janeyroda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarının qalibləri və mükafatçıları qazandıqları medalları təşkilatçılara qaytarıblar. “Yeniavaz.com”un “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, bunu “Rio-2016” Təşkilat Komitəsinin İctimaiyyətlə əlaqələri üzrə direktoru Mario Andrada deyib. Onun sözlərinə görə, buna səbəb medalın səthində qara ləkələrin əmələ gəlməsi və onların paslanmasıdır: “Ən azı 130 medal geri qaytarılıb. Hazırda onların xarici görünüşünün bərpa edilməsi üzrə işlər aparılır. Qaytarılan medallar arasında Paralimpiya yarışlarının mükafatları da var”. M. Andrada qeyd edib ki, medallar tullandığına və ya lazımı formada saxlandığına görə onların lak örtüyü korlanıb. Bundan başqa, təxminən 10 medal ekstremal soyuğa məruz qalıb. İlk medal dəstləri oktyabrda təmirə qaytarılıb. Bu, tamamilə normal təcrübədir”. Medallarını təmirə verən idmançıların adları və mənsub olduğu ölkələr açıqlanmır. Qeyd edək ki, 2016-cı il Olimpiadası ərəfəsində 2488 medal hazırlanıb. Oyunlarda 87 ölkədən idmançı medal qazanıb, qızıl medal əldə edən ölkələrin sayı isə 59 olub.

DİGƏR XƏBƏRLƏR

Top