Son 10 ildə Azərbaycanda neft hasilatı nə qədər azalıb? - CƏDVƏL

Bu ilin aprel ayında Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 613,1 min ton neft hasil olunub. "Yeniavaz.com" SOCAR-dan açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin aprel ayı ilə müqayisədə xam neftin hasilatı 11,4 min ton və ya 1,8% azalıb. Ötən ay Azərbaycanda ümumilikdə isə 3 milyon 186,1 min ton neft hasil edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 283,7 min ton və ya 8,1% az olub. Bu ilin yanvar-aprel aylarında SOCAR üzrə xam neft hasilatı 2 milyon 459,2 min ton, Azərbaycanda isə ümumilikdə 12 milyon 642,3 min ton təşkil edib.

Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycanda 41 milyon 34,5 min ton, SOCAR üzrə isə 7 milyon 522,4 min ton xam neft hasil olunub. Qeyd edək ki, bu rəqəmlər son 10 ildə qeydə alınan ən aşağı göstərici hesab olunur.

Son 10 ildə SOCAR və Azərbaycan üzrə hasil olunan xam neftin göstəriciləri belə olub:

DİGƏR XƏBƏRLƏR

Top