“İnstagram” ən zərərli sosial şəbəkədir

“İnstagram” insanın psixi sağlamlığı üçün ən zərərli sosial şəbəkədir. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Britaniya Kral Səhiyyə Cəmiyyətinin apardığı sosial sorğu nəticəsində məlum olub. Sorğuda 14-24 yaşında olan 1,5 min nəfər iştirak edib. Respondentlər psixakalarına ən çox mənfi təsir edən, aqressiya, depressiya və ya həyəcan hissi yaradan populyar əlavələrin adlarını çəkiblər. Sorğunun yekununda məlum olub ki, “Instagram” sağlamlıq üçün ən zərərli servisdir. Reytinqdə sonrakı yerləri “Facebook” və “Snapchat” tuturlar. İstifadəçilərə yararlı təsir edən platformalar da mövcuddur. “YouTube” və “Twitter” bu baxımdan birinci və ikinci yerləri bölüşürlər.

DİGƏR XƏBƏRLƏR

Top