Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

ANALİZ

Ermənistanı müdafiə edən ATƏT MQ həmsədrlərinin "bəyanat" oyunu

19.05.2017 18:45

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT Minsk Qrupu həmsədrləri münaqişənin həllində neytral mövqe tutmadıqlarını və Ermənistanı addımbaşı müdafiə etdiklərini tədricən açıq müstəviyə keçirməkdədirlər. Hər halda bunu ATƏT MQ həmsədrlərinin qoşunların təmas xəttində baş verən son hadisələrlə bağlı verdikləri "bəyanat" da bir daha təsdiq etməkdədir. İşğal edilən Azərbaycana ərazilərini azad etmək niyyətində olmadığını dəfələrlə nümayiş etdirən Ermənistan rəhbərliyinin son 10-12 ayda cəbhəyanı ərazilərimizi dəfələrlə atəşə tutması və bu müstəvidə də silahlı qüvvələrimizin düşmənə cavab zərbələri endirməsi isə hər dəfə Ermənistanı müdafiə edən güclər tərəfindən əsəbiliklə qarşılanır. Bu baxımdan may ayının 15-də "OSA" zenit-raket kompleksini ön xəttə çıxararaq ərazilərimizin dərinliklərində hava məkanımızı təhlükə altına almaq istəyən düşmənə qarşı endirilən zərbələr ATƏT MQ həmsədləri tərəfindən ölkəmizin "günahkar" bilinməsi hesab edilən və heç bir sağlam məntiqə sığmayan "bəyanat"ın verilməsinə gətirib çıxarıb. Atəşkəsi pozmağa görə Azərbaycanı "ittiham" edən bəyanatda az qala ölkəmiz "təcavüzkar" kimi qələmə verilir. Eyni zamanda bunun əksinə olaraq Ermənistanın dinc yaşayış məntəqələrimizi atəşə tutması gizli sevinclə "cavab" zərbəsi kimi dəyərləndirilir. Halbuki bölgədə bu vaxta kimi müaqişənin həll edilməməsinin günahkarlarının məhz ATƏT Minsk Qrupu həmsədrlərinin olduğu heç kimə sirr deyil. Təsadüfi deyil ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 18 may tarixli bəyanatını ədalətsiz və qeyri-obyektiv adlandırıb. O deyib ki, Azərbaycanın digər işğal olunmuş rayonlarının əhalisi kimi 80.000-nə yaxın Laçın sakini 25 ildir ki qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk Qrupunun həmsədrləri tərəfindən bu haqda heç nə deyilməməsi məsələyə ədalətsiz və qeyri-obyektiv yanaşmadır: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur".

Hikmət Hacıyev qeyd edib ki, belə bir bəyanat vermək əvəzinə həmsədrlər ilk növbədə elə özlərinin hazırladığı Yenilənmiş Madrid Prinsiplərini rəhbər tutaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını və ATƏT-in Budapeşt Sammitinin qərarına uyğun olaraq münaqişənin BMT TŞ-nın qətnamələri əsasında siyasi yolla həlli üçün danışıqların davam etdirilməsinə çağırış etməli idilər.

Beləliklə bir daha aydın olub ki, 24 il ərzində münaqişənin həllində "vasitəçilik" missiyasını həyata keçirən ATƏT MQ həmsədrləri işğal edilmiş ərazilərimizin azad edilməsi ilə bağlı BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilən 4 məlum qətnamənin yerinə yetirilməsini təcavüzkar Ermənstandan tələb etmək əvəzinə işğalçının nazı ilə oynayaraq pərdə arxasında hər vasitə ilə ona dəstək verməklə məşğul olublar. Necə deyərlər, bu illər ərzində ATƏT MQ həmsədrlərinin fəaliyyəti hər vasitə ilə status-kvonun qorunub saxlanılmasına yönəlib. Hər halda bütün bu dediklərimizi ATƏT MQ həmsədrlərinin son "bəyanat"ı da bir daha təsdiq edir. Buraya Rusiya xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbəri ermənipərəst Mariya Zaxarovanın da baş verənlərlə bağlı ölkəmizi "ittiham" etməyə cəhd etməsini əlavə edəndə həmsədrlərin artıq neytral mövqedə dayanmadıqları aydın şəkildə ortaya çıxır. Bu isə ATƏT MQ-nin vasitəçilik missiyasının iflasa uğraması anlamına gəlir. Belə bir vəziyyətdə bundan sonra da ATƏT MQ həmsədlrərinin vasitəçiliyindən istifadə etməyə ehtiyac varmı? Məsələ ilə bağlı "Yeniavaz.com"a verdiyi açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov həmsədrlərin əsas funksiyalarının sülh danışıqlarının uğurla nəticələnməsi üçün təkliflər vermək olduğunu söylədi: "Əslində atəşkəsin pozulması ilə bağlı hər hansı məsələ qoşunların təmas xəttində vaxtaşırı monitorinq aparan Kaspşikin funksiyasına daxildir. Həmsədrlər münaqişənin həlli üçün çalışmalı və bununla bağlı ortada olan mövcud təklifləri dəyərləndirməli, problemin aradan qaldırılmasına nail olmalıdırlar. Amma hazırda faktiki olaraq münaqişənin həlli ilə nə ABŞ, nə də Fransa ciddi məğşul olmurlar. Bu işi Rusiya öz öhdəsinə götürüb. Rusiyanın da münaqişənin həllində tutduğu mövqe çoxlarına məlumdur. Belə vəziyyətdə isə həmsədrlərin atəşkəsin pozulması ilə bağlı verdiyi bəyanatı birmənalı dəyərləndirmək çətindir".

Politoloq, millət vəkili Fazil Mustafa "Yenivaz.com”a verdiyi açıqlamasında ATƏT-in ABŞ-ın maraqlarını müdafiə etdiyini və bu məsələdə adı çəkilən qurumdan nə isə gözləməyin mənasız olduğunu söylədi: "Azərbaycan münaqişənin həlli il bağlı öz siyasətini davm etdirməli, haqq işi uğrunda sona kimi mübarizə aparmalıdır. Hər halda biz vasitəçilərin təşəbbüsü ilə keçiriləcək danışıqlarda iştirak etməliyik. Çünki əks halda danışıqların dayandırılmasına görə günahı Azərbaycanın üzərinə yıxa bilərlər".

Beləliklə hadisələrin gedişi göstərir ki, əvvəlki kimi münaqişənin həllində ATƏT MQ həmsədrlərindən nə isə gözləməyə dəyməz və bu qurumun vasitəçilik missiyası faktiki olaraq illərlə öncə iflasa uğrayıb.

Əziz Mustafa

Oxundu 280

© 2017 - NSPSOLUTIONS