92 karatlıq brilyant 15 milyon dollara satılıb

Cenevrə şəhərindəki "Christie's" hərrac evində ürək formalı 92 karat çəkisi olan brilyant rekord qiymətə, 15 milyon dollara satılıb. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi məlumata görə, brilyantı alan şəxsin adı gizli saxlanılıb. "Boehmer et Bassenge" zərgərlik evi tərəfindən satışa təqdim edilən brilyantın qiymətinin belə baha olması onun olduqca yüksək səviyyədə hazırlanması və görənlərin ağlını başından alması ilə izah edilir. Dünyanın ən bahalı brilyantının satılması ilə bağlı məsələyə münasibət bildirən hərrac evinin rəsmi nümayəndəsi Aleksandr Kindermann bunu həm onun çəkisinin ağır olması, həm də olduqca nəfis şəkildə hazırlanması ilə izah edib. Qeyd edək ki, bundan əvvəlki rekord 2011-ci ildə hərracda satılan 56,13 karat çəkisi olan brilyanta aid idi. O vaxt bu brilyant 10,9 milyon dollara satılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top