Güləşçimiz İslam Abbasov da qızıl medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə növbəti qızıl medal qazandırıb.

Final mübarizəsində idmançımız Türkiyə təmsilçisi Cengiz Əli ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə güləşçimizin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.trend

DİGƏR XƏBƏRLƏR

Top