Gənc rəssam Rauf İbadovun əl işlərinə baxış sərgisi keçirilib

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin sərgi salonunda gənc rəssam Rauf İbadovun əl işlərinə baxış sərgisi keçirilib. "Yeniavaz.com" xəbər verir ki, tədbirə qocaman rəssam, Azərbaycanın Əməkdar İncəsənət xadimi Fəxrəddin Vəlioğlunun iştirakı ayrı bir rəng qatıb. O, öz dəyərli məsləhətləri ilə Rauf bəyi daha da ruhlandırıb. Tədbirdə Azərbaycan radiosunun "Yurda sarı" verilişinin əvəzolunmaz aparıcısı Ötərxan Eltacın da iştirakı gənc rəssama böyük dəstək olub. Gənc rəssamı bir daha təbrik edir və yaradıcılığında uğurlar diləyirik.

DİGƏR XƏBƏRLƏR

Top