Bakıda yeznə qayını bıçaqlayıb

Bakıda 39 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb.

Hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Qızıldaş qəsəbəsində 1978-ci il təvəllüdlü Mustafayev Telman Fərman oğlu yeznəsi tərəfindən bir neçə ağır bıçaq xəsarəti alıb. T. Mustafayev xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top