Dronlar qeydiyyata alınacaq

Çində çəkisi 250 qramdan ağır dronlar qeydiyyata alınacaq. “Yeniavaz.com”un “Vatan” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Mülki Aviasiya İdarəsinin məlumatında deyilir. Qeyd edilən dronları istifadə edənlər onları öz adlarına qeydiyyatdan keçirməlidirlər. Mülki Aviasiya İdarəsi bu yolla dron bazarını tənzimləmək və hava məkanında uçuş təhlükəsizliyini təmin etmək niyyətindədir. Dron sahibləri iyunun 1-dək qeydiyyatdan keçməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top