Futbol turnirlərində kubokların verilməsində dəyişiklik edilir

Bu ildən etibarən Çempionlar Liqası və Avropa Liqasında qələbəyə görə kuboklar birbaşa meydançada təqdim ediləcək. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə UEFA prezidenti Aleksandr Çeferin qərar qəbul edib. Onun sözlərinə görə, meydançada trofeylərin verilməsi müvəqqəti deyil, standart prosedur olacaq: “Bura UEFA-nın bütün turnirlərini – həm klub, həm də yığma səviyyəsində - əhatə edəcək. Kubokların təqdim edilməsi üçün meydançada xüsusi səhnələr quraşdırılacaq. Montaj işləri beş dəqiqədən az vaxt tələb edəcək”. Xatırladaq ki, daha əvvəl komandalar kubokları almaq üçün tribunaya qalxmalı idilər.

DİGƏR XƏBƏRLƏR

Top