Bu xalq 100 ildən sonra məhv ola bilər

Doğuş və ölüm faizi mövcud səviyyədə qalarsa, latış xalqı məhv olmaqla üz-üzə qalacaq. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının Riqa ofisinin başçısı İlmars Mets deyib. Onun sözlərinə görə, Latviya son 5 il ərzində ümumi əhalinin 5 faizini təşkil edən 92 min nəfər itirib. Bu məlumat əsasında demək olar ki, təqribən 100 ildən sonra latış xalqı məhv ola bilər”. İ. Mets qeyd edib ki, Latviya müstəqillik qazandıqdan sonra 25 il ərzində doğuş faizi ölüm faizindən aşağı olub: “2016-cı ildə ölənlərin sayı doğulanlara nisbətdə 7 min nəfər çox olub. Bundan başqa, 10 min latış xaricə miqrasiya edib. 5-10 il sonra doğuş faizi daha da azalacaq, çünki ölkədə potensial valideyn sayı daha az olacaq. Əgər hər ailədə ən azı 2, ən yaxşı halda isə 3 uşaq olarsa, latışların sayı 100 il sonra dəyişməz olaraq qalacaq”. Avropa Statistika Komitəsinin məlumatına əsasən, Avropa İttifaqında Latviya ölkədən gedənlərin sayına və ölüm faizinə görə Litvadan sonra ikinci yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top