Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

ANALİZ

Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi kimə sərfəlidir? ANALİZ

16.05.2017 12:41

Ötən gün Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Uümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərar qəbul edilməsi Azərbaycanda özünəməxsus şəkildə əks-səda verməkdədir. Hər halda Azərbaycanda ümid edirdilər ki, Rusiya Federasiyası Ali Məhkəməsi ÜAK-ın ləğvi edilməsi məsələsinə münasibətdə daha təmkinli mövqe nümayiş etdirəcək və iki ölkə əlaqələrinə xələl gətirməmək naminə belə bir addım atmaqdan çəkinəcək. Bakının ən azından buna ümid etməyə də haqqı var. Belə ki, Azərbaycan istər beynəlxalq aləmdə, istərsə də regionda baş verən hadisələrə münasibətdə daim Rusiyanın maraqlarını nəzərə alıb və bununla da faktiki olaraq qarşı tərəfə münasibətdə səmimiliyini nümayiş etdirib. Amma hadisələrin gedişi göstərir ki, Kremldə Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasını istəməyən və iki ölkə arasında qarşıdurma yaratmaq istəyən güclər mövcuddur. Bu güclərin isə məhz Rusiyadakı erməni lobbisinin pulu ilə hərəkət etdiyi isə istisna edilmir. Hər halda son bir ildə Rusiya Xarici işlər nazirliyinin mətbuat xidmətinin katibi xanım Mariya Zaxarovanın istər aprel döyüşləri zamanı, istər Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə də bloqqer Lapşinin ölkəmizə ekstradisiyası ilə bağlı ermənilər tərəfindən qaldırılan ajiotajı açıq şəkildə dəstəkləməsi və ölkəmiz əleyhinə açıqlamalar verməsinin təsadüfi olmadığı aydın şəkildə nəzərə çapırdı. Faktiki olaraq Azərbaycan əleyhinə Rusiya xarici işlər nazirliyi mətbuat xidməti rəhbəri tərəfindən verilən açıqlamalar Bakı-Moskva münasibətlərində gərginlik yaratmaq istəyən güclərin oranı özlərinin əsas qərargahına çevirdyini ehtimal etməyə imkan verir. Bu müstəvidə də aprel döyüşlərindən sonra Rusiyanın Ermənistana "İsgəndər" raketlərini verməsi əslində Moskva tərəfindən açıq şəkildə atılan anti Azərbaycan addımı idi. Təbii ki, bütün bunların arxasında yenə də erməni lobbisinin dayandığı şübhə doğurmur. Belə bir vəziyyətdə zənnimizcə UAK-ın qeydiyyatının ləğv edilməyəcəyinə olan ümidlər sadəcə olaraq sadəlövhlükdən başqa bir şey deyildi. Üstəlik onu da deyək ki, əslində Rusiya tərəfindən Ermənistana "İsgəndər" raketlərinin verilməsi ilə müqayisədə UAK-ın qeydiyyatının ləğvi bir o qədər də önəm daşımır. Belə ki, UAK-ı gələcəkdə hansısa başqa adi ilə yenidən qeydiyyata aldırmaq mümkün olacaq. Lakin "İsgəndər" raketlərini artıq heç vaxt Ermənistandan almaq və onu geriyə qaytarmaq mümkün olmayacaq. Nəhayət onu da deyək ki, UAK-ın bağlanılmasının arxasında bu qurumun Rusiyanın müvafiq orqanlarının nəzarəti altındana çıxarılması, onun rəhbərinin sırf şəkildə Azərbaycanın maraqlarını müdafiə etməsi ehtimalı ilə də izah etmək olar. Bəs UAK-ın qeydiyyatının ləğv edilməsi Azəbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? Bununla bağlı "Yeniavaz.com"a açıqlamasında politoloq Qabil Hüseynli UAK-ın qeydiyyatının ləğvinin Azərbaycan-Rusiya münasibətlərində xoşagəlməz izlər buraxacağını istisna etmədiyini söylədi: " Zənnimcə Rusiya Azərbaycanla olan səmimi, dostluq əlaqələrini gərginləşdirməmək naminə UAK-ın qeydiyyatının ləğvinə münasibətdə buraxdığı səhvi düsəltməlidir. Əksə halda bu, iki ölkə münasibətlərində müəyyən gərginliyə gətirib çıxararaq Bakını yeni seçim qarşısında qoyacaq".

Politoloq UAK-ın qeydiyyatının ləğvinin arxasında ermənipərəst güclərin dayandığını vurğuladı. Onun sözlərinə görə, ermənilər iki ölkə münasibətlərində gərginlik yaratmaq üçün bütün imkanlardan istifadə edirlər: "Bütün halllarda Rusiyanın Azərbaycana belə bir münasibət bəsləməsi başa düşülən deyil. Rusiya bir tərəfdən Azərbaycanı özünün strateji tərəfdaşı adlandırır, digər tərəfdən də iki ölkə arasında münasibətlərin gərginləşməsinə xidmət edən addımlar atır".

Konkret olaraq Rusiyanın ali dairələrindəki bəzi ermənipərəst güclərin, o cümlədən erməniəsilli xarici işlər naziri Sergey Lavrovun UAK-ın qeydiyyatının ləğvində oynadıqları rola gəlincə, politoloq totalitar rejimin hökm sürdüyü Rusiyada son qərarın ölkə rəhbəri tərəfindən verildiyini vurğuladı: "Erməni lobbisinin və ya Kremldəki ermənipərəst dairələrin iki ölkə münasibətlərini gərginləşdirmə cəhdləri olsa da, bu məsələdə son sözü Putin deyir. Putinin razılığı olmasaydı UAK-ın qeydiyyatının ləğvi də mümkün olmazdı".

Beləliklə hadisələrin gedişi göstərir ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaq istəyən güclər bunun üçün bütün imkanlardan istifadə edirlər. Təbii ki, belə bir vəziyyətdə Azərbaycanın da özünü müdafiə üçün müvafq cavab tədbirləri həyata keçirmək, seçim etmək hüquqları var. Məsələ ilə bağlı ölkəmizin cavab addımlarının və seçiminin nədən ibarət olacağına isə yaxın vaxtlarda aydınlıq gətiriləcəyi ehtimal edilir...

Əziz Mustafa

Oxundu 667

© 2017 - NSPSOLUTIONS