Amerikalı musiqiçi “Facebook”un canlı efirində özünü yandırdı

33 yaşlı amerikalı musiqiçi Cared Maklemor üzərinə benzin tökərək yandırdıqdan sonra ölüb. “Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə Tennessi ştatındakı barların birində baş verib. Musiqiçi intihara bir neçə addımlığında dayanan sevdiyi qız Alissa Murun yanında əl atıb. C. Maklemor intiharı “Facebook” sosial şəbəkəsində yayımlamaq üçün qarşısında kamera quraşdırıb. Hadisə şahidlərinin sözlərinə görə, özünü yandırmazdan əvvəl musiqiçi sevgilisinə “Əlvida” deyib. Dostları onu xilas etməyə çalışıblar və təcili yardım maşını çağırıblar. Lakin aldığı yanıqlar ağır olduğundan musiqiçi sağ qalmayıb.

DİGƏR XƏBƏRLƏR

Top