Tramp malikanəsini satışa çıxardı

ABŞ Prezidenti Donald Tramp 2013-cü ildə Karib adalarında satın aldığı malikanəsini satışa çıxarıb. “Yeniavaz.com”un İHA-ya istinadən verdiyi məlumata görə, minlərlə metr sahəsi olan “Le Château des Palmiers” adlı malikanənin 11 otağı var. D. Trampın 20 miyon dollara aldığı malikanənin hazırda qiymətinin 28 milyon dollar olduğu ehtimal edilir. ABŞ Prezidenti Karib adalarındakı əmlaklarını sərmayə qismində istifadə edir. O, adadakı əmlaklarından ildə 100 min dollar-1 milyon dolar arasında gəlir əldə edir. Dəniz sahilində yerləşən malikanənin 12 hamam otağı, özünəməxsus açıq və bağlı barı, bilyard zalı və qonaq otağı, habelə xüsusi iş otaqları var.

DİGƏR XƏBƏRLƏR

Top