Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

ANALİZ

Birgə hərbi təlimlər bölgədə təhlükəsizliyə xidmət edir

02.05.2017 17:37

Dünən Azərbaycanla Türkiyə arasında başlanan hərbi təlimlər iki qardaş ölkənin silahli qüvvələri arasında inteqrasiyaya yeni təkan verəcək. Belə ki, hərbi təlimlərdə vertolyotlar, artilleriya qüvvələri, quru qoşunları, raket hücumundan müdafiə güclər və jandarm qoşunları iştirak edir. Onlarla hərbi texnikanın cəlb edildiyi Azərbaycan-Türkiyə hərbi təlimlərində birgə əməliyyatların keçirilməsi, düşmənin təcavüzünün dəf edilməsi və onun strateji təyinatlı obyektlərinin məhvi taktikası sınaqdan çıxarılacaq. May ayının 5-dək davam edəcək hərbi təlimlər şübhəsiz ki, Azərbaycan və Türkiyə ordusunun döyüş gücünün artırılması baxımından önəmli rol oynayacaq. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri eyni zamanda Ermənistanda böyük həyəcan və təşvişlə qarşılanmaqdadır. Məsələ ilə bağlı politoloq Aleksandr Kananyan Birinci informasiya kanalına verdiyi müsahibəsində deyib ki, Azərbaycan hərbi təlimlər adı altında qəfildən geniş hərbi əməliyyatlara başlaya bilər. O bu baxımdan hərbi təlimlərdə Türkiyənin iştirak etməsini Ermənistan üçün olduqca böyük təhlükə hesab etdiyini bildirib: "Adətən hərbi təlimlər müharbə nişanəsi hesab edilir. Nəzəri cəhətdən bu hərbi təlimləri genişmiqyaslı əməliyyatların başlaması üçün siqnal hesab etmək olar. Ona görə də Ermənistan hər an müharibə təhlükəsinə hazır olmalıdır".

Buna paralel olaraq birgə hərbi təlimlər Ermənistanda Türkiyənin Naxçıvanda hərbi bazasını yaradacağı barədə şübhələrin artmasına və bu məsələ ətrafında ajiotajın qaldırılmasına gətirib çıxarıb. Şübhəsiz ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri ordumuzun döyüş qabiliyyətinin artırılmasına gətirib çıxaracaq. Bu amil isə işğal altında olan ərazilərimizin azad edilməsində önəmli amillərdən birinə çevrilə bilər. Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov "Yeniavaz.com"-a verdiyi açıqlamasında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini iki ölkə hərbi qüvvələri arasında önəmli mərhələ adlandırdı: "Azərbaycan-Türkiyə hərbi təlimləri birgə əməliyyatlar zamanı qarşılıqlı idarəetmənin təmini, komanda-qəragah rəisləri səviyyəsində çevik qərarların qəbul edilməsi baxımından əhəmiyyət daşıyır. Bir də bu hərbi təlimlər NATO üzvü olan Türkyə hərbi qüvvələrinin təcrübəsinin öyrənilməsi baxımından da Azərbaycan ordusu üçün də olduqca faydalı olacaq".

Ermənistanın Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahat olmasına gəlincə, hərbi ekspert buna hər hansı əsasın olmadığını söylədi. Onun sözlərinə görə, bu hərbi təlimlər əslində istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından çoxsaylı deyil ki, Ermənistan bundan təşviş keçirsin: "Əslində aprelin 16-21-i arasında keçirilən hərbi təlimlər daha böyük idi və orada 30 min nəfərdən artıq əsgər, onlarla hərbi texnika iştirak edirdi. Amma indiki Azərbaycan-Türkiyə hərbi təlimlərində 1000 nəfər əsgər və az sayda hərbi texnika iştirak edir. Bu hərbi təlimlər bütün hallarda döyüş şəraitində Azərbaycan və Türkiyə arasında qarşılıqlı əlaqələrin təmin edilməsinə öz töhfəsini verəcək".

Hərbi ekspert qeyd etdi ki, Ermənistanın ümumiyyətlə birgə hərbi təlimlərin harada keçirildiyindən xəbəri belə olmadığını söylədi. Onun sözlərinə görə, Türkyənin Naxçıvanda hərbi bazasının yaradıla biləcəyi barədə də Ermənistanın təşviş keçirməsi hər hansı sağlam məntiqə sığışmır: "Ermənistanın təşvişə düşüb-düşməməsindən, həmçinin təlimlərin müqyasından asılı olmayaraq bu, Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi, ordumuzun döyüş qabiliyyətinin artması demək olacaq".

Əziz Mustafa

Oxundu 563

© 2017 - NSPSOLUTIONS