Zidan Fransada prezident seçkilərində o namizədə səs verməməyə çağırıb

“Real” Madridin baş məşqçisi Zinəddin Zidan Fransada prezident seçkilərinin ikinci turunda radikal sağçı Marin Le Pene səs verməməyə çağırıb. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Əlcəzair əsilli Z. Zidan “Milli Cəbhə” partiyasının lideri M. Le Penin fikirlərindən uzaq olduğunu bildirib: “Bu fikirlərdən mümkün qədər uzaq olmaq lazımdır. Radikallıq heç vaxt yaxşı hal deyil”. Z. Zidan 2002-ci ildə M. Le Penin atası Jan Mari Le Penin iştirak etdiyi prezident seçkilərində də radikallığına diqqət çəkmişdi.

Xatırladaq ki, aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçirilib. Onun nəticələrinə əsasən, M. Le Pen “İrəli” hərəkatının qurucusu Emmanuel Makrona uduzaraq ikinci olub. Fransa Daxili İşlər Nazirliyinin yekun məlumatına əsasən, E. Makron səslərin 24,01 faizini, M. Le Pen isə 21,30 faizini toplayıb. Seçkilərin ikinci turu mayın 7-nə planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top