Aİ üzv ölkələrinə Londonla danışıqlar aparmağa qadağa qoydu

Avropa İttifaqı (Aİ) sammiti Böyük Britaniyanın Aİ-dən çıxmasından (“Brexit”) sonra Avropa ölkələrinin Londonla münasibətlər haqqında istənilən separatçı danışıqlar imkanını istisna edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Aİ sammitində qəbul edilən Böyük Britaniya ilə danışıqlar üzrə strategiyada deyilir. Sənədin mətnində bildirilir ki, Aİ-nin mövqeyinə xələl gətirməmək üçün Aİ-nin ayrı-ayrı üzv ölkələri və Böyük Britaniya arasında Aİ-dən çıxma məsələsi üzrə heç bir separatçı danışıqlar olmayacaq. Sənədə əsasən, Aİ Britaniya ittifaqı tərk etdikdən sonra bu ölkə ilə ticarət sazişi bağlamağa hazırdır: “Azad ticarət haqqında istənilən saziş balanslı, iddialı və geniş olmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top