QHT-lərlə bağlı problem həll olundu

“Hörmətli QHT rəhbərləri! Prezident yanında QHT -lərə Dövlət Dəstəyi Şurası tərəfindən qrant vəsaiti olaraq Sizə ayrılmış 15 min manatadək olan vəsaitləri gələn həftədən etibarən nağd şəkildə banklardan götürə biləcəksiniz və layihələrinizin icrasına başlaya bilərsiniz”. Bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov açıqlama yayıb. Bununla bağlı daha ətraflı şəkildə KİV -ə məlumat veriləcəkdir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasinin Prezidenti yaninda QHT-lərə Dövlət Dəstəyi Şurasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, media rəhbərlərinin və QHT sədrlərinin iştirakı ilə görüşü keçirilib.

Görüşdə son zamanlar QHT-lərin hesablarına daxil olan vesaitlərdən nəğd istifadə sahəsində yaranmış problemlərin muzakirəsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top