Ərdoğandan terrorçulara mesaj: Gecələrin birində qəfil gələ bilərik

Türkiyə terrorçularla mübarizə aparmaq üçün gecələrin birində qəfil İraq və Suriyaya girə bilər. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, ABŞ, koalisiya qüvvələri və Türkiyə birlikdə Raqqanı İŞİD terror qruplaşması üçün məzara çevirə bilər: “Bunları özbaşına buraxsaq, mütəmadi qurban verməyə davam edəcəyik. Məsələn, Sincarda işlərin düz getmədiyini görərək ora əməliyyat həyata keçirdik. Orada təxminən 210-220 terrorçunu zərərsizləşdirdik. Ən əsas mərkəzlərini vurduq. Bu millətlə oyun oynamaq olmaz. Hər kəs bunu görəcək. Vaxtı, saatı gələndə nə edəcəyimizi bilirik. Gecələrin birində qəfil gələ bilərik. Türkiyənin İŞİD-ə qarşı apardığı əməliyyatda qazandığı uğur bölgədə oynanılan oyunu ifşa etdi”.

DİGƏR XƏBƏRLƏR

Top