Rusiya hərbçiləri Gürcüstanın daha 300 metr ərazisini ələ keçirdilər

Abxaziyanı işğal edən Rusiya hərbçiləri addım-addım Gürcüstan ərazilərinin içərilərinə doğru irəliləməkdə davam edirlər. "Yeniavaz.com"un nevsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, Abxaziyanin Gürcüstanla sərhədini qoruyan rusiyalı hərbçilər Xurça kəndi istiamətində 300 metr Gürcüstan ərazisinə daxil olaraq orada yeni sərhəd dirəkləri quraşdırmağa başlayıblar. Nəticədə 5 hektar torpaq Rusiya hərbçiləri tərəfindən ələ keçirilib. Baş verən hadisədən sonra Xurça kəndində iki ailə onlara məxsus olan kənd təsərrüfatı torpaqlarından məhrum olublar. Xurça bələdiyyəsinin sədri Badri Huncqurua bildirib ki, Abxaziyanı işğal edən rus əsgərləri hər il sərhəd dirəklərini 150-200 metr Gürüstanın içərilərinə doğru çəkirlər. Öz növbəsində Gürcüstan Dövlət Təhlükəsizliyi İdarəsi baş verən hadisənin araşdırılacağını və bununla bağlı məlumatlar təsdiqini tapacağı halda müvafiq tədbirlər həyata keçiriləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top