Ermənistan Türkiyədən gətirilən tərəvəz məhsullarına qadağa qoyub

Yerevan bazarlarında Azərbaycan alması satılması ilə bağlı qalxan qalmaqaldan sonra Ermənistanın müvafiq qurumları hərəkətə keçiblər. "Yeniavaz.com"un nevsarmenia.am-a istinadən verdiyi məlumata görə, Ermənistan Kənd təsərrüfatı naziriliyi ərzaq təhlükəsizliyi idarəsi tərəfindən ölkəyə gətirilən ərzaq məhsulları üzərində nəzarəti gücləndirib. Bunun da nəticəsi olaraq Ermənistan Türkiyədən və Azərbaycandan daxil olduğu ehtimal edilən ərzaq məhsullarının gömrükdən keçirilməsinə qadağa qoyub. Bununla əlaqədar "Joqovurd" qəzetinin yazdığına görə, artıq Baqrataşen sərhəd keçid məntəqəsində gömrükçülər tərəfindən Türkiyə məhsulu hesab edilən pomidorların ölkəyə daxil olmasının qabağı alınıb. "Joqovurd" yazır:" Ərzaq təhlükəsizliyi üzrə dövlət xidməti idarəsi Türkiyə kənd təsərrüfatı məhsullarının, o cümlədən pamidor, badımcan, bibərin ölkəyə gətirilməsinə qadağa qoyub. Bu məhsullar Gürcüstan vasitəsi ilə Noyemberyan sakinləri tərəfindən Ermənistana gətirilir".

Qəzetin yazdığına görə, Türkiyədən gətirilən ərzaq məhsullarına qadağa qoyulmasını müvafiq qurumlar onların tərkibində zəhərli kimyəvi qarışıqların çox olması ilə izah edirlər.

DİGƏR XƏBƏRLƏR

Top