İraq və Suriyada terrora qarşı əməliyyat: 89 ölü və 90 yaralı

Türkiyə Hərbi Hava Qüvvələrinin aprelin 25-də İraqın şimalındakı Sincar və Suriyanın şimalındakı Karaçok dağlarında yerləşən terror təşkilatlarına endirdiyi hava zərbələrinin nəticələri açıqlanıb. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bildiriblər ki, Sincar dağı bölgəsindəki PYD/YPG/PKK terror təşkilatlarının düşərgələrində 40 dan çox terrorçu zərərsizləşdirilib. Karaçok dağı bölgəsindəki zərərsizləşdirilən PYD/YPG/PKK terrorçularının sayı isə 49-a çatıb. Bunlardan 4-ü dəstə başçısıdır. Ümumilikdə isə aralarında 4 dəstə başçısının da olduğu 90 terrorçu yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top