Türkiyədə “Wikipedia” qadağası


Türkiyədə dünyanın ən böyük internet ensiklopediyası “Wikipedia”ya giriş bağlanıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Wikipedia”nın bütün dillərdəki versiyalarına giriş Türkiyə vaxtı ilə saat 08:00-da əngəllənib. Giriş məhkəmənin qərarı olmadan dayandırılıb. Sayta giriş Türkiyə İnformasiya Texnologiyaları və Rabitə Komitəsi tərəfindən bloka alınıb. Qadağaya səbəb kimi “Wikipedia”da bir müddətdir aparılan yazışmalarda terrora dəstək verilməsi, Türkiyənin də terrorçularla eynı sırada göstərilməsi və onlarla əməkdaşlıq etməsi göstərilir. Bununla bağlı xəbərdarlıqlar edilsə də, sayt buna məhəl qoymayıb və əksinə həmin yazılara himayədarlıq edib. Türkiyə beynəlxalq saytların ölkədə nümayəndəlik açmasını, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərməsini və məhkəmə qərarlarını tətbiq etməsini tələb edir. Əgər sayt Türkiyə tərəfinin tələblərini yerinə yetirərsə və məhkəmə qərarlarını tətbiq edərsə, “Wikipedia” yenidən internet istifadəçiləri üçün açılacaq.

DİGƏR XƏBƏRLƏR

Top