NATO Şimali Koreya ilə münaqişədə iştirak edəcəkmi?

NATO-nun baş katibi Yens Stoltenberq alyansın Şimali Koreya ilə münaqişənin həllində iştirakını istisna edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Y. Stoltenberq qeyd edib ki, ötən həftə Ağ evdə xeyli saat danışıqlar aparıb və NATO-nun Şimali Koreyaya münasibətdə rolu barədə debatlar olmayıb. Y. Stoltenberq əlavə edib ki, NATO Pxenyanın BMT-nin qətnamələrini daim pozmasını müzakirə edir.

Xatırladaq ki, Şimali Koreya aprelin 28-də ballistik raketlərin növbəti sınağını keçirib. Amerikalı və yapon hərbçilər hesab edirlər ki, ballistik raket buraxıldığı yerdən 50 kilometr aralıda Şimali Koreya ərazisinə düşüb. Raketin növü hələ müəyyən edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top