Gürcüstan DİN "Gecə canavarları"nın fəaliyyətini nəzarətdə saxlayacaq

Gürcüstan Daxili İşlər Nazirliyi may ayının 9-da "Gecə canavarları" adı verilən rusiyalı baykerlərin Tbilisidə aksiya keçirməsi ehtimalına münasibət bildirib. "Yeniavaz.com"un apsny.ge-yəistinadən verdiyi məlumata görə, bu məsələ ilə xüsusi komissiya məşğul olur. Məsələyə münasibət bildirən Gürcüstan Daxili İşlər nazirinin müavini Şalva Xutsişvili mətbuata açıqlamasında deyib ki, əgər baykerlər ölkənin suverenliyinə xələl gətirə biləcək hər hansı addım atsalar, onda bununla bağlı qanunun tələb etdiyi şəkildə sərt ölçülər götürüləcək: "Gürcüstan hər hansı quruma və ya dəstəyə ölkədə qanun- qaydanı pozmağa imkan verməyəcək. Rusiyalı baykerlər Tbilisiyə gələcəkləri təqdirdə onların hər addımı izlənəcək".

Qeyd edək ki, bir müddqət öncə "Rus-gürcü gənclər ittifaqı" bəyan edib ki, faşist Almaniyası üzərində qələbənin ən yüksək səviyyədə təşkili üçün Rusiyanın "Gecə canavarları" bayker qrupunu Tbiliisyə dəvət edəcəklər. Bu müstəvidə də baykerlərin " Xirurq" (cərrah) ləqəbli qalmaqallı lideri Aleksandr Zaldostanovun Tbilisiyə gələcəyi gözlənilir. "Gecə canavarları" Putinlə sıx əməkdaşlıq edirlər və onlar son prezident seçkilərində Putinin ən inanılmış adamlarından idilər".

DİGƏR XƏBƏRLƏR

Top