Azərbaycanda onlayn təyyarə bileti alan xanımın başına iş gəlib - "Bunu ona görə ictimailəşdirirəm ki..."

"Bir atalar sözündə deyilir ki, "yıxıldığım yeri əvvəlcədən bilsəm, ora döşək sərərəm". 2 gündür telefonum susmur. Hər zaman olduğundan daha çox mesajlar yazılır. Türkiyəyə gedə bilməməyimin səbəbi ilə maraqlanırlar". "Yeniavaz.com" saytı xəbər verir ki, bu barədə Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli məlumat verib.

Sevda Tahirli bildirib ki, Azərbaycanda onlayn aldığı təyyarə bileti ilə Mirzə Ələkbər Sabirin 155 illiyi münasibəti ilə Türkiyədə keçirilən tədbirdə iştirak etməli imiş, ancaq bu mümkün olmayıb.

"Bunu ona görə ictimailəşdirirəm ki, heç olmasa, başqaları bu arzuolunmaz duruma düşməsinlər. Məndə olduğu kimi. Belə ki, İstanbula getməli idim. Dahi Sabirin 155 illiyi münasibətilə Türkiyədə keçiriləcək tədbirə qatılmaq üçün. Hava limanında məlum oldu ki, pasportumun istifadə müddəti 54 gündən sonra bitsə də, Türkiyəyə səfər etmək üçün onun 3 ay olması lazım imiş. Heç qeydiyyatdan belə keçirmədilər. Səfərimin səbəbini və 2 gün sonra geriyə dönüş biletimin də olduğunu söylədiyim zaman izah etdilər ki, bunun heç bir mənası yoxdur, hətta bu şərtlərdə də getmiş olsam qaydaları pozduğum üçün getdiyim öllkə tərəfindən ən sərt qadağalar tətbiq oluna bilər. Aviaşirkətin yüksək miqdarda (2000 dollar) cəriməsindən tutmuş, mənim deportasiya edilə bilmə variantına qədər".

Sevda Tahirli onlayn bilet alarkan bu barədə xəbərdarlıq edilməməsindən gileylənib: "Təbii, münasibətimi bildirdim ki, niyə bilet alınarkən bu barədə xəbərdarlıq edilmir? Məlum oldu ki, internet üzərindən bilet alındığı zaman bu barədə xəbərdaqlıq üçün kimsə məsuliyyət daşımırmış və üstəlik hətta istəyimdən asılı olmadan gedə bilməsəm belə, biletin pulu da mənə geri ödənmir. Belə olan halda bəs sərnişinlərin haqları? Onlayn xidmətdən istifadə üçün sanki bu şəkildə cəzalandırılmış olan sərnişinlər aydın bir şəkildə bu barədə məlumatlandırılmadıqlarından və nəhayət, baş tutmayan səfərləri, həyata keçməyən planları, bütün itirdikləri (zaman, işdən icazə alınmalar, bu səfərin baş tutması üçün nələrdənsə imtina etmələr və s.) və nəhayət, istifadə edə blmədiyi bilet üçün edilmiş ödənişlər üçün hara və kimə müraciət etməlidilər? Aviaşirkətin nümayəndəsi ümidsizlik verən bir tərzdə bu durumda biletin alındığı şirkətə müraciət etməyi tövsiyyə etdi. Biletin alındığı turistik şirkətə müraciət zamanı isə belə hallarda məsuliyyətin hava şirkətinin üzərində olunduğu qeyd edildi. Vəziyyətin belə gedişi adamda elə təəssürat buraxır ki, sanki odənişi geri qaytarmağa maraqlı deyillər. Özümü...

Bir sözlə, xəlbirlə su daşımaq kimi nəticəsiz bir əziyyət. İndi, üzümü sizə tutub deyirəm, əziz dostlar! Pasportunuzun bitmə müddətinə diqqətlə baxın. Çünki hər ölkənin öz tələbləri var imiş. Hansısa 1 ay, hansısa 3 ay , hansı ölkə hətta 6 ayın olmasını tələb edir. Heç olmasa, siz məlumatlı olun ki, baş tutmayan səfərlərə, həyata keməyən planlara, bütün geri qayıtmayanlara ünvan olmayasınız".

DİGƏR XƏBƏRLƏR

Top