"Instagram" istifadəçilərinin sayı 700 milyon nəfərə çatıb

"Instagram"ın aylıq auditoriyasının sayı 700 milyon istifadəçiyə çatıb, 4 ay ərzində isə onların sayı 100 milyon nəfəri ötüb.Son iki ildə xidmətin auditoriyası iki dəfədən çox artıb.

Şirkət nümayəndələri iddia edirlər ki, "Instagram" layihənin tarixi ərzində ən yüksək artım tempi nümayiş etdirib. 2016-cı ilin birinci yarısında auditoriya 100 milyon nəfər artıb.

Qeyd olunur ki, auditoriyanın artması üçün əsas amillər "Stories" paylaşımları ilə bağlı bölmələrin inkişaf etdirilməsi, canlı yayım və abunəçiləri silmək, həmçinin şərhləri bağlamaq olub.

İndi "Instagram"ın auditoriyası "Twitter" istifadəçilərinin (2017-ci ilin ilk rübü ərzində 328 mln. istifadəçi) sayını iki dəfə üstələyir. Təkcə "Instagram Stories"dən 200 mln-dan çox insan istifadə edir ki, bu da "Snapchat" xidmətinin auditoriyasından (161 mln) çoxdur. report

DİGƏR XƏBƏRLƏR

Top