ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 13 ədəd artıb

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı aprelin 22-dən aprelin 28-dək 13 ədəd və ya 1,52% artaraq 870-ə çatıb. ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 9 ədəd və yaxud 1,31% artaraq 697 ədəd, qaz quyularının sayı 4 ədəd və yaxud 2,4% azalaraq 171 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2-yə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 365 və yaxud 110%, qaz quyularının sayı isə 84 ədəd yaxud 96,6%, ümumilikdə isə neft-qaz quyularının sayı 450 ədəd və yaxud 107% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,2 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 56,7% aşağıdır. "Baker Hughes"ə görə, ABŞ-da gündəlik neft hasilatı 13 min barel və ya 0,14% artaraq 9,265 mln. barel təşkil edib.Report

DİGƏR XƏBƏRLƏR

Top