Tillerson: Şimali Koreyanın ABŞ-a nüvə zərbəsi vaxt məsələsidir

Gələcəkdə Şimali Koreyanın ABŞ-a zərbə vurmaq imkanı olacaq, buna görə də Vaşinqton etinasız qala bilməz. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson BMT Təhlükəsiz Şurasının Şimali Koreya probleminə həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, Şimali Koreyanın Seul və Tokioya nüvə hücumu realdır: “Şimali Koreyanın ABŞ-a zərbə vurmaq üçün imkanı yarananda bu, yalnız vaxt məsələsi olacaq. Bu cür ritorika nəzərə alınmaqla ABŞ sadəcə biganə qala bilməz”. R. Tillerson Şimali Koreyanın maliyyə təcrid vəziyyətini gücləndirməyə və Pxenyana qarşı yeni məhdudiyyətlər tətbiq etməyə çağırıb: “Şimali Koreyanın mövcud sanksiyalar rejimi çərçivəsində davranışını dəyişəcəyini hesab etməyə əsas yoxdur”. Dövlət katibi əlavə edib ki, Vaşinqton Şimali Koreyada rejimi dəyişməyə və ya Asiya-Sakit okean regionunda vəziyyəti gərginləşdirməyə çalışmır”.

DİGƏR XƏBƏRLƏR

Top